“Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə terrorçu Ermənistan tərəfindən yaşayış binalarına dağıdıcı və dəhşətli raket hücumu nəticəsində çox sayda ölü və yaralı var”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev "Twitter" hesabında yazıb.
O, çox sayda meyitin hələ də dağıntılar altında qaldığını bildirib: “Bu, müharibə cinayətidir və mülki insanlara qarşı soyqırımıdır”.