Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə 13 ədəd ballistik “Skad” raketləri atılıb.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.
Onun sözlərinə görə, həmin raketlərdən 2-si Gəncə, 1-i Mingəçevir, 1-i Qəbələ, 1-i Kürdəmir ərazisinə düşüb: “Bundan başqa Füzuli rayonu ərazisində 1 ədəd partlamamış Toçka-U raketi aşkarlanıb”.