Ölkə vətəndaşlar Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər.
Lent.az həmin məktublardan birini təqdim edir:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə aparılan uğurlu islahatlar, yürüdülən siyasət və kadr potensialının təkmilləşməsi sayəsində bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Son günlər cəbhənin Tovuz istiqamətində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulmasının qarşısı alınarkən qüdrətli ordumuzun göstərdiyi şücaətlə düşmənin bir neçə hərbi qərargahının partladılması və eləcə də xeyli sayda canlı qüvvəsinin məhv edilməsi düşmənə öz yerini bir daha göstərdi.
Cənab Prezident, Müdafiə Nazirliyinin rəhbərliyinin qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimində iştirak etməsi və onların tabutunu daşıması, Sizin həmin şəhid ailələrinə birbaşa telefon bağlantısı ilə başsağlığı verməyiniz bir daha onu göstərdi ki, dövlət daim vətəndaşının yanındadır, ona arxadır. Bununla da biz gənclərin Sizə olan sevgisi daha da artdı.
Hörmətlə,
Şəhram Quliyev
Azərbaycan Respublikası, Tərtər rayonu”.