"Baktelecom" abunəçilərinin internet təminatında fasilə yarandı - SƏBƏB
18 iyun 2020 22:40 (UTC +04:00)

"Baktelecom" abunəçilərinin internet təminatında fasilə yarandı - SƏBƏB

0


 

"Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, nəticədə bəzi "Baktelecom" abunəçilərinin internet xidməti ilə təminatında fasilələr yaranıb. 

Hazırda texniki heyət tərəfindən baş verən çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3789

Oxşar yazılar