Ötən gün "Azenko" MMC-nin direktoru Zəkəriyyə Poladovun yol qəzasında dünyasını dəyişməsilə bağlı yeni görüntülər yayılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Abşreon rayonu ərazisində baş verib.
Belə ki, Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi “NİSSAN” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.