Bakıda piyada ölümü ilə bitən yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 2-də saat 21 radələrində Xəzər rayonunun Binə Atçılıq qəsəbəsində Bakı şəhər sakini A.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Yaşar Şirinovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla əlaqəli Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.