"Yolka"dan hansı oyuncaqları  asmaq olmaz? - At ili onları sevmir
05 dekabr 2025 10:38 (UTC +04:00)

"Yolka"dan hansı oyuncaqları asmaq olmaz? - At ili onları sevmir

0

Gələn ilin simvolu od atıdır. Uğuru cəlb etmək üçün Yeni il dekorasiyasını seçərkən onun təbiətinə uyğun olmayan elementlərdən qaçmaq tövsiyə olunur.

Lent.az şam ağacını bəzəyərkən hansı oyuncaqlardan istifadə etməmək barədə xəbər verir.

Həddindən artıq parıltılı bəzəklər

At təbiəti etibarilə təmizliyi, təbiliyi və harmoniyanı sevir. Çox parlaq, gözqamaşdırıcı detallar və ya turş rəng çalarları səs-küylü və qarışıq atmosfer yarada bilər. Bu isə 2026-cı ilin simvolunun sakit və balanslı ruhuna uyğun deyil.

Odla bağlı dekorlar

2026-cı il od enerjisi ilə əlaqələndirilsə də, At simvolu “yanan” elementlərin çoxluğunu sevmir. Alov fiqurları, məşəl şəkilli oyuncaqlar və aqressiv qırmızı-narıncı simvolika bu dəfə üçün uğurlu seçim sayılmır. Onları 2027-ci ilə saxlamaq daha məqsədəuyğundur.

Yırtıcı heyvan təsvirləri

At təbiətdə təhlükədən uzaq duran canlıdır. Buna görə də ağ qurd, şir, yırtıcı quşlar kimi fiqurlar simvolik olaraq gərginlik yarada bilər və bayram ab-havasına uyğun olmaya bilər.

Çox ağır və səs salan metal oyuncaqlar

At nə məhdudiyyətləri, nə də “ağırlığı” xoşlayır. Bu səbəbdən metal zınqırovlu, çəkisi çox olan dekorları daha yüngül, isti və təbii materiallarla əvəz etmək tövsiyə olunur.

Zədələnmiş və ya çox köhnə oyuncaqlar

Zadəgan təbiətli at səliqəsizliyi sevmir. Sınıq, solmuş boya və ya çatlamış detallara malik oyuncaqları istifadə etmək bu il məsləhət deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar