Tanınmış aktrisanın evi yandı: Pişiklər...
27 yanvar 2023 09:55 (UTC +04:00)

Tanınmış aktrisanın evi yandı: Pişiklər...

Türkiyəli tanınmış aktrisa Cansu Dərənin evində yanğın baş verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğına səbəb pişiklər olub.

Belə ki, pişiklər yanan şamlara dəyərək onları aşırdıb. Bununla da yanğın başlayıb.

Aktrisanın meneceri məsələ ilə bağlı açıqlama verib:

“Düzünü desək, hadisə sırf şama görə baş verməyib. Elektrik kabelindəki nasazlıqlar da buna səbəb olub. Hazırda hər şey yaxşıdır. Şişirdilirmiş bir şey yoxdur”.

Məlumata görə, Cansu Dərənin pişikləri də tüstüdən zəhərlənib.

Qeyd edək ki, bir müddət əvvəl aktrisa qidadan zəhərlənmişdi və xəstəxanaya yerləşdirilmişdi.

Cansu Dərə 

 

# 3099
avatar

Sevinc Fərid

Oxşar yazılar