Məşhur aktrisa 2 evi birdən aldı:  2.7 milyon dollar...- FOTO
03 mart 2022 23:23 (UTC +04:00)

Məşhur aktrisa 2 evi birdən aldı: 2.7 milyon dollar...- FOTO

Aktrisa, “Shitts Creek” filminin ulduzu Emili Hempşir 2.7 milyon dollara iki ev alıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesin Silver Leyk ərazisində yerləşən yaşayış kompleksinin ümumi sahəsi 1856 kvadrat metr, torpaq sahəsi isə 8.5 sotdur. 

Kompleksin bir hissəsi 1927-ci ildə, digər hissəsi isə 1949-cu ildə tikilib. 2019-cu ildə əmlakın sahibləri həm çöl hissəsində, həm də içərisində interyeri dəyişdirərək təmir ediblər. 

Xatırladaq ki, əvvəllər malikanədə yaşayan aktrisa Mila Kunis evini Britaniya rok qrupu “Muse”un üzvü Dominik Hovarda satmışdı. Daha sonra isə “Twilight” filminin ulduzu Anna Kendrik bu evi Hovardadan 6.9 milyon dollara alıb.

Həmin evin şəkillərini təqdim edirik: 


 

# 4470
avatar

Sevinc Fərid

Oxşar yazılar