Ukrayna Prezidenti Vladimir Zelenski Qurban bayramı münasibətlə müsəlmanları təbrik edib.
Lent.az xəbər verir ki, prezident bu barədə "facebook" səhifəsində videosunu yerləşdirib.
“Bunu Krım-tatar xalqı xüsusi ilə gözləyir. Mən inanıram ki, bizim bir-birimizi azad Krımda təbrik edəcəyimiz il gələcək”, deyə Ukrayna lideri vurğulayıb.
V.Zelenski təbrikin sonununu da türkcə tamamlayıb: “Qurban bayramınız xeyirli və mübarək olsun!”.