Zelenskidən tarixi qərarla bağlı AÇIQLAMA
21 iyul 2022 06:54 (UTC +04:00)

Zelenskidən tarixi qərarla bağlı AÇIQLAMA

Kiyev Ukrayna-Avropa İttifaqı (Aİ) sammitini keçirməyə hazırlaşır və bu, ölkənin Aİ-yə üzvlüyündə irəliləməsinə kömək edəcək.

Lent.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığından sonra bildirib.

Ukrayna liderinin sözlərinə görə, əsas mövzu Ukraynanın Avropa İttifaqından maliyyə dəstəyi olub.

“Biz Avropa İttifaqına gedən yolda dövlətimizin institusional güclənməsinə hazırlaşırıq. Tezliklə bununla bağlı mühüm xəbərlər ola bilər. Biz Avropada iştirakımız üçün bəzi tarixi qərarlar hazırlayırıq”, - deyə Zelenski vurğulayıb.

Zelenski Kiyevin hansı tarixi qərarlar hazırladığını açıqlamayıb.

# 2523
avatar

Oxşar yazılar