Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri ilə telefon danışığında növbəti 24 saatın Ukrayna üçün həlledici olacağını bildirib.
Lent.az-ın "Reuters"ə istinadla xəbərinə görə, Boris Conson bildirib ki, müttəfiqlər yardımların Ukraynaya mümkün qədər tez çatması üçün çalışırlar.
Baş nazir həmçinin Ukraynaya əlavə 40 milyon funt sterlinq (80 milyon AZN) yardım ayrıldığını bildirib. Bu yardım tibbi ləvazimatların alınmasına yönəldiləcək.