Ukrayna Prezidenti Volodimir Zelenski Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edib.
Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, çıxış 10 dəqiqə davam edib və sinxron tərcümə olunub.
Ukrayna rəhbəri çıxışının əvvəlində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini istəyib. Sonra o, Mariupol şəhərini Birinci dünya müharibəsi zamanı dağıdılmış Verdenlə müqayisə edib. Çxışın sonunda Zelenski Avropadan Ukraynaya əlavə silah verilməsini və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini istəyib.
Qeyd edək ki, Verden döyüşü Birinci dünya müharibəsi vaxtı Fransa və Almaniya orduları arasında 21 fevral – 18 dekabr 1916-cı il tarixlərində fasilələrlə baş verib. Fransanın Verden regionunda baş verən döyüşlərdə hər 2 tərəfdən 700 min nəfərədək ölən və yaralanan olsa da, heç bir ordu üstünlük əldə etməyib. Əməliyyat meydanında hər kvadrat metrə 6 mərmi düşüb. Bu hadisə tarixə “Verden cəhənnəmi” kimi düşüb.