Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla Ukraynadakı vəziyyəti müzakirə edib.
Lent.az-ın xəbərinə görə, bu barədə Ukraynanın dövlət başçısı Tvitter hesabında yazıb.
“Makronla təcili görüş keçirdim. Deeskalasiyanın zəruriliyini və siyasi-diplomatik həll yollarını müzakirə etdik” – deyə Zelenski qeyd edib.