Borispol aeroportu
20 fevral 2022 04:11 (UTC +04:00)

Borispol aeroportu

Zelenski Kiyev aeroportunda müşavirə keçirdi

0

Münhen Təhlükəsizlik Konfransından qayıdan Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Borispol aeroportunda güc strukturlarının rəhbərləri ilə müşavirə keçirib.

Lent.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı müdafiə və təhlükəsizlik strukturlarının rəhbərlərinin hesabatlarını dinləyib. Prezident ordunun döyüş hazırlığı vəziyyəti barədə də məlumat alıb. Müşavirə iştirakçıları hadisələrin mümkün inkişaf ssenarilərini müzakirə edərək hər bir konkret situasiya üzrə atılacaq addımları müəyyənləşdiriblər. Prezident ordunun maddi-texniki təchizatını gücləndirməyi tapşırıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1468

Oxşar yazılar