Prezident Vladimir Zelenski qeyd edir ki, Ukraynanın Amerika Birləşmiş Ştatları ilə silah tədarükü və maliyyə dəstəyi ilə bağlı münasibətləri tamamilə şəffafdır.
Lent.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Zelenski videomüraciətində deyib.
“Mən bu gün Kiyevdə ABŞ Senatının nümayəndə heyəti ilə görüşdüm. Mən indi döyüş meydanında baş verənlər, imkanlarımız haqqında məlumat verdim. Həmişə olduğu kimi, silah tədarükü, maliyyə dəstəyi sahəsində Amerika ilə münasibətlərimizin tamamilə təmiz, tam şəffaf olduğunu nümayiş etdirdik”.
Zelenskinin sözlərinə görə, hər sentə və hər bir silaha görə, Ukraynanın tərəfdaşlarının “tam baxışı” var.
“Və vacibdir ki, heç bir süni manipulyasiya bizim etimadımızı korlamasın”, - deyə prezident vurğulayıb.