Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik xidmətinin 2 generalını rütbədən məhrum edib.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə məlumat prezidentin Youtube kanalında yayımlanıb.
Rütbədən məhrum edilənlər Baş Daxili Təhlükəsizlik İdarəsinin rəisi Andrey Naumov və idarənin Xerson vilayətindəki şöbəsinin rəisi Sergey Krivoruçkodur.
Zelenski hər 2 şəxsi vətən xaini adlandırıb və onların cəzalandırılacağını bildirib.