Pakistanlı yutuber öz hərəkəti ilə həm öz ölkəsində, həm də Hindistanda məşhurlaşıb.
Lent.az-ın Hindistan mətbuatına istinadla xəbərinə görə, 2 qardaş 1947-ci ildə ölkə parçalanarkən ayrı düşüblər. Böyük qardaş Hindistanda, kiçiksə Pakistanda qalıb.
Uzun illər qardaşların bir-birini axtarması nəticə verməyib. Nəhayət Hindistandakı qardaş bir pakistanlı yutuberdən qardaşını tapmaq üçün kömək istəyib. Gəncin araşdırması zun çəkməyib və 2 qardaş 74 il sonra bir-birinə qovuşublar.