Yük gəmisi Ukrayna limanına yan aldı – İLK DƏFƏ
07 avqust 2022 01:45 (UTC +04:00)

Yük gəmisi Ukrayna limanına yan aldı – İLK DƏFƏ

Münaqişə başlayandan sonra ilk dəfə Ukraynanın Odessa limanına yük götürmək üçün gəmi yan alıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov sosial şəbəkədə yazıb. 

Nazir bildirib ki, söhbət “Fulmar S” açıq yük daşıyan gəmisindən gedir. Gəminin Ukrayna sahillərinə yan alması artıq taxıl dəhlizinin təhlıükəsiz olduğundan xəbər verir. 

 
 

# 1002
avatar

Oxşar yazılar