Yol tikintisi zamanı qızılla dolu məzar  tapıldı - Qədim türk dövlətinə aiddir
06 may 2026 15:10 (UTC +04:00)

Yol tikintisi zamanı qızılla dolu məzar tapıldı - Qədim türk dövlətinə aiddir

0

Rumıniyanın Timișoara şəhəri yaxınlığında dairəvi avtomobil yolunun tikintisi zamanı arxeoloqlar eramızın VI–VII əsrlərinə aid qədim avar dəfnini aşkar ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qazıntı sahəsində atlı döyüşçünün və onun atının qalıqları, həmçinin qızıl, gümüş və bürüncdən hazırlanmış əşyalar tapılıb. Tədqiqatçıların fikrincə, tapılan bəzək əşyaları və detallar dəfn olunan şəxsin yüksək sosial statusa malik olduğunu göstərir.

Bu dəfn Avar xaqanlığı dövrünə aiddir. Həmin dövlət VI–IX əsrlərdə müasir Mərkəzi və Şərqi Avropa ərazilərində mövcud olub.

Avarlar Asiya mənşəli köçəri xalq olub. Onların dövləti indiki Macarıstan, Avstriya, Rumıniya, Slovakiya, Çexiya, Xorvatiya və Serbiya ərazilərini əhatə edib.

Tarixçilər hələ də avarların mənşəyi barədə mübahisə edirlər. Bəziləri onları erkən monqol tayfalarının varisləri hesab edir, digərləri isə bu xalqı türkdilli etnoslarla əlaqələndirir. Avarların dili isə bu günə qədər tam şəkildə deşifrə olunmayıb və erkən orta əsrlərin sirrlərindən biri sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar