"Formula -1" Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu Bakıda indiyə qədərki ən möhtəşəm proqramla qeyd olunacaq.
Lent.az xəbər verir ki, yubiley tədbirlərinin əsas hadisəsi kimi dünya şöhrətli amerikalı müğənni Keti Perri sentyabrın 25-də xüsusi gecədə səhnəyə çıxaraq azarkeşlərə unudulmaz şou təqdim edəcək.
Mahnıları 115 milyarddan çox dinlənilən və yeddi "Diamond" sertifikatı sahibi olan ulduz ifaçı ilə yanaşı, məşhur DJ Kelvin Harris də konsert proqramında yer alacaq. Beləliklə, yubiley yarışı yalnız trasdakı sürət həyəcanı ilə deyil, həm də dünya ulduzlarının iştirakı ilə yaranacaq möhtəşəm bayram ab-havası ilə yadda qalacaq.