ABŞ-dan gözlənilməz qərar: “Azadlıq Layihəsi” əməliyyatı dayandırıldı
06 may 2026 03:36 (UTC +04:00)

ABŞ-dan gözlənilməz qərar: “Azadlıq Layihəsi” əməliyyatı dayandırıldı

0

ABŞ administrasiyası İranla mümkün razılaşma üzrə danışıqların uğurla yekunlaşa biləcəyinə dair məlumat əldə olunana qədər Hörmüz boğazından gəmilərin tranzit keçidinin təşkili ilə bağlı “Azadlıq Layihəsi” əməliyyatını müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.

Lent.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

O qeyd edib ki, ABŞ-a bu addımla bağlı Pakistan və digər ölkələr tərəfindən müraciət ünvanlanıb.

“Tam blokada qüvvədə qalsa da, qarşılıqlı razılığa gəldik ki, “Azadlıq Layihəsi” əməliyyatı (Hörmüz boğazından gəmilərin keçidi) qısa müddətə dayandırılsın ki, danışıqların tamamlanıb-tamamlanmayacağını və razılaşmanın imzalanıb-imzalanmayacağını görə bilək”, –Tramp bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 80

Oxşar yazılar