Yer kürəsində sayca 6-cı dəfə kütləvi məhv prosesi barədə proqnoz verilib.
Lent.az xəbər verirki, yapon tədqiqatçıları Yerin əvvəlki məhvolmalarını tədqiq edərək, növbəti analoji hadisənin nə vaxt ola biləciyi barədə açıqlama edib.
Yaxın gələcəkdə planetin məhvi gözlənilirmi?
Tokoxu universitetinin kimatoloqu Kunio Kayxo növbəti apokalipsisin 2500-ci ildə baş verə biləcəyini hesablayıb.
Planet getdikcə temperatur və iqlim dəyişikliyinə məruz qalır. Ekstremal soyuq və ekstremal istilik tsikli pik həddinə çatır.
Məlum olub ki, Yer kürəsi son 540 milyon ildə 5 dəfə böyük miqyasda məhv olub.
Bunlardan biri 250 milyon il əvvəl olub və planetdə həyatı 90% məhv edib.
Alimlər hesablayıb ki, ən kütləvi məhv prosesi Yerdə orta temperaturun təxminən 7 dərəcə enməsi zamamı baş verib.
Əgər Yer isinmə ərəfəsində olarsa, bu zaman orta temperaturun 9 dərəcə yüksəlməsi zamanı fəlakət baş verir.
Hazırda Yer kürəsi qlobal istiləşmə dövründə olduğu üçün, növbəti kütləvi məhv temperatur ən isti həddi 9 dərəcə aşandan sonra baş verəcək. Ən pis ssenari 2500-cü ildə baş verəcək.