Rusiyada dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, səhər saatlarında paytaxt Moskvada elektrik qatarının tualetində yeni doğulmuş körpə meyiti tapılıb. Meyitin üzərində qayçı ilə deşilmiş çoxsaylı xəsarətlər və ağzında bir rulon kağız olub. Hadisə ilə əlaqədar 25 yaşlı qız saxlanılıb.
Körpənin boynundan aldığı zərbələrlə öldürüldüyü məlum olub. Araşdırmalar davam edir.