Ankarada 7 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində naməlum səbəbdən partlayış baş verib.
Lent.az NTV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər xəsarət alıb.
İki mənzilin divarları uçub.
Binanın qarşısında olan bəzi avtomobillərə ziyan dəyib.