Avstraliyanın şərqində “Pleasure” yaxtası qəzaya uğrayıb.
Lent.az xəbər verir ki, bu barədə Cənubi Uels ştatının polisi məlumat yayıb.
Hadisə zamanı bir nəfər ölüb, biri itkin düşüb.
Sidneyin cənub-şərqindəki Uoatsons körfəzi sahillərində qəzaya uğrayan yaxtanın qalıqlarının axtarışı aparılır.
"Sydney Morning Herald"ın məlumatına görə, yaxtanın ölən sərnişini son illərdə yerli incəsənətin əsas nümayəndələrindən birinə çevrilmiş Avstraliyanın aparıcı incəsənət dileri Tim Klinqender olub.
Qitəyə köçməzdən əvvəl Klinqender 11 il (1998-2009-cu illər) ərzində "Sotheby's" Beynəlxalq Hərrac Evinin direktoru vəzifəsində çalışıb.