Uruqvayın şimalında 500 kq-dan çox narkotik vasitə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müsadirə edilib.
Lent.az-ın məlumatına görə, bu barədə yerli KİV yazır.
Qeyd olunur ki, yerli polis 14 kisəyə qablaşdırılan ölümcül yükün dənizə necə atıldığını öyrənə bilib.
Daha sonra narkotiklər hücum edənlər tərəfindən götürülərək yük maşınına yüklənib və hüquq-mühafizə orqanlarının əməkdaşları onların qarşısını ala biliblər.