Yaponiyanın ən hündür göydələni tikilir
30 sentyabr 2023 07:53 (UTC +04:00)

Yaponiyanın ən hündür göydələni tikilir

Tokioda Yaponiyanın ən hündür göydələni olacaq binanın tikintisinə başlanılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Mitsubishi Estate” layihəsinin operator şirkəti məlumat yayıb.

Paytaxtın mərkəzindəki Tokio stansiyasının yanında tikintiyə başlanılıb. Məşəl qülləsi adlanacaq göydələnin hündürlüyünün təqribən 390 m olacağı və tikintisinin 2028-ci ilin mart ayına kimi başa çatdırılacağı gözlənilir. Beləliklə, yeni bina hazırkı rekordçunu - Tokioda da yerləşən 330 m hündürlüyü olan Azabudai Hills binasını keçərək ölkənin ən hündür binası olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2901
avatar

Oxşar yazılar