Yaponiya iyun ayı üçün son 150 ilin ən isti günlərini yaşayır.
Lent.az xəbər verir ki, günvurmadan əziyyət çəkən onlarla insan xəstəxanalara yerləşdirilib.
Ölkə tarixində ilk dəfə iyunda havanın temperaturu 40 dərəcəni keçib. Rekord göstərici İsesaki şəhərində qeydə alınıb. Paytaxt Tokioda isə ardıcıl 5 gündür hərarət 35 dərəcədən aşağı enmir. Bu hal 1875-ci ildən indiyədək ilk dəfə baş verir.