Rusiyanın Buryatiya Respublikasında yanğınsöndürənlərin səhvi kəndin yarısının yanması ilə nəticələnib.
Lent.az xəbər verir ki, Solontsı kəndində quru ot planlı şəkildə yandırılıb. Hər şey yerli Fövqəladə Hallar Nazirliyinin nəzarətində olub və heç bir problem ortaya çıxmayıb. Lakin iş qurtardıqdan sonra otlar yenidən alovlanıb və alov yaşayış yerlərinə keçib.