Yanan gəmidəki 12 nəfərin taleyi naməlumdur
19 fevral 2022 23:11 (UTC +04:00)

Yanan gəmidəki 12 nəfərin taleyi naməlumdur

İon dənizində yanan gəmidə olan 12 nəfərin taleyi məlum deyil.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Bolqarıstanın xarici işlər nazirinin müavini Velislava Petrova bildirib. 

“Axtarışı davam edən 12 nəfərdən yeddisi Bolqarıstan vətəndaşıdır. İki Bolqarıstan vətəndaşı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır” - deyə Petrova əlavə edib. 

Bolqarıstan televiziyasının xəbərinə görə, itkin düşənlər arasında Türkiyə və Litva vətəndaşları da var.

Qeyd edək ki, İtaliyanın “Grimaldi Lines” şirkətinə məxsus bərənin anbarında başlayan yanğın tezliklə göyərtəyə keçib. Qəza zamanı gəmidə olan 239 sərnişin və 51 heyət üzvünün əksəriyyəti Korfu adasına təxliyə edilib. 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Oxşar yazılar