Yanacaqdoldurma məntəqəsi partladı: Ölənlər var
18 yanvar 2022 05:12 (UTC +04:00)

Yanacaqdoldurma məntəqəsi partladı: Ölənlər var

Almaniyanın mərkəzində Hammersbax yaşayış massivi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Lent.az yerli polsin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəgər ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, günorta saatlarında yanacaqdoldurma məntəqəsində yanğın partlayışla müşahidə olunub.

Qurbanlardan birinin cəsədi avtomobildə, digərininki isə yaxınlıqda tapılıb.

Partlayış nəticəsində yaxınlıqdakı restoranın binasına da ziyan dəyib. Yanğın söndürülüb. Hadisənin başvermə səbəbi hələlik müəyyən edilməyib.

Polis əməkdaşları hadisə yerində araşdırma aparır.

# 1956
avatar

Oxşar yazılar