Xəstə atasını qumbara ilə partlatdı
20 iyun 2022 18:12 (UTC +04:00)

Xəstə atasını qumbara ilə partlatdı

Rusiyanın Leninqrad vilayətində təqaüdçü kişi faciəvi şəkildə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Leninqrad vilayətində 63 yaşlı təqaüdçü ata oğlundan onu partlatmasını xahiş edib. Nəticədə oğul atasının xahişini yerinə yetirib və onu öldürüb.

Vsevolojsk rayonunun Tokkari kəndində yerli polis əməkdaşları həmin evə baxış keçirərkən çoxsaylı yaraları və kəsilmiş qolları olan kişi meyiti aşkar ediblər. Otaqda “RQD” qumbarasının qırıqları və nömrəsi silinmiş tüfəng də aşkar edilib.

Mərhumun oğlu saxlanılaraq istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Oxşar yazılar