Çinin Yunnan əyalətində sement daşıyan yük maşını və avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.
APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, yük maşını 47 nəfərin olduğu avtobusa çırpıldıqdan sonra idarəetməni itirib və yol kənarına aşıb.
Ölənlərdən 9-u hadisə yerində, biri isə xəstəxanada ölüb. Araşdırma aparılır.