Yəmən kəşfiyyat idarəsinin başçısı öldürülüb
27 fevral 2014 04:11 (UTC +04:00)

Yəmən kəşfiyyat idarəsinin başçısı öldürülüb

Naməlum yaraqlılar Yəmən kəşfiyyat idarəsinin başçısı general Rişad əl-Kaladini qətlə yetirib. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, təhlükəsizlik xidmətinin rəsmi nümayəndəsi bu haqda xəbər verib.

 

Mənbə bildirib ki, general restorandan çıxarkən, motoskletdəki iki kişi onu atəşə tutub. R. Əl-Kaladi aldığı güllə yarasından olay yerində keçinib.

 

Basqınçılar gizlənib.

 

Mənbə xatırladıb ki, son bir neçə ildə «əl-Qaidə» Yəmənin cənub-şərqində iri miqyaslı terror aksiyası keçirir. Onların hədəfi təhlükəsizlik xidməti və polis zabitləridir. Təkcə bu ilin fevralında 15 hərbçi və polis qətlə yetirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538
avatar

Oxşar yazılar