Yəmən hökuməti başçısının avtomobil karvanı atəşə tutulub
01 sentyabr 2013 04:15 (UTC +04:00)

Yəmən hökuməti başçısının avtomobil karvanı atəşə tutulub

Bir qrup naməlum silahlı paytaxt Sanada Yəmənin baş naziri Məhəmməd Basindvanın olduğu avtomobil karvanını atəş tutub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, baş nazirin müşaviri bildirib ki, sui-qəsd nəticəsində xəsarət alan olmayıb.

 

Basqın avqustun 31-də gecə saatlarında hökumət başçısı işdən evə gedərkən baş verib.

 

Xatırladaq ki, Avqustun əvvəlində bir sıra qərb dövlətləri «əl-Qaidə»-nin terror törədəcəyi təhlükəsi üzündən Yəməndəki səfirliklərini müvəqqəti olaraq, bağlayıb.

 

Avqustun 21-də isə Yəmənin liman şəhəri Ədənədə şəhər kəşfiyyat idarəsinin başçısı polkovnik Əli Hadi qətlə yetirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar