Ekvadorun Pedro-Monkayo şəhərində yarım milyon qızılgüldən piramida ucaldılıb.
Lent.az-ın “azərtac”a istinadən xəbərinə görə, heykəltəraşlıq əsəri metal şəbəkəli karkas üzərində düzəldilib və şəbəkənin oyuqlarına qızılgüllər yerləşdirilib. Piramidanın sahəsi min kvadratmetrdən çoxdur.
Şəhər merinin sözlərinə görə, yerli əhali 30 ildən çoxdur qızılgül yetişdirir. Onlar bu piramida vasitəsilə qızılgüllərinin dünyada ən yaxşı olduğunu sübut etmək istəyirlər.