Yaraqlılar İraqın daha bir əyalətini ələ keçirib
11 iyun 2014 02:24 (UTC +04:00)

Yaraqlılar İraqın daha bir əyalətini ələ keçirib

0

“İraq və Levante İslam dövləti” silahlı qruplaşması fəallaşıb. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, iyunun 10-da onlar mərkəzi Tikrit olan Səlahəddin əyalətinin şimal hissəsini ələ keçirib.

 

“Frans press” bildirib ki, İraq ordusunun generalı bu açıqlamanın verib.

 

Xatırladaq ki, bu ilin yanvarından əl-Fəluca şəhəri yaraqlıların əlindədir.

 

Ötən gün isə Neynava əyaləti və onun mərkəzi Mosulu onlar nəzarət altına alıb. Bundan başqa iyunun 10-da yaraqlılar Kərkük əyalətinin də bir hissəsinə nəzarəti ələ keçirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 997

Oxşar yazılar