Yaponiya da varlılar üçün vizanı asanlaşdırır
29 dekabr 2013 07:14 (UTC +04:00)

Yaponiya da varlılar üçün vizanı asanlaşdırır

Yaponiya hakimiyyət viza şərtlərini yüngülləşdirməyi planlaşdırır. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, vizaların verilməsini asanlaşdırmaqda məqsəd hesablarında daha çox vəsait olan əcnəbilərin bir il müddətinə ölkəyə gəlməsinə imkan yaratmaqdır.

 

Bununla da Yaponiyanın nazirlər kabineti yalnız xarici sərmayələri deyil, həm də varlı turistlərin ölkəyə cəlb edilməsinə cəhd göstərir.

 

Bu il ölkəyə 10 milyon turist səfər edib. Bu ölkə tarixində rektord sayılır.

 

Xatırladaq ki, viza və vətəndaşlıq məsələsi ilə bağlı oxşar addımı Avropa Birliyi də atıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Oxşar yazılar