Bu gün Tehran Universitetində çıxış edən İranın ali dini lideri ayətullah Əli Xamneyi İsrail-Fələstin danışıqlarının bərpasına münasibət bildirib.
Lent. az-ın “Press TV”-yə istinadən verdiyi məlumata görə, ayətullah Əli Xamneyi deyib ki, ABŞ-ın vasitəçiliyi ilə başlayan danışıqlar Fələstin müqavimətini dayandırmağa və fələstinliləri öz haqlarından imtinaya məcbur etmək məqsədi daşıyır.
Əli Xamneyi İsraili fələstinlilərə qarşı cinayətlər törətməkdə ittiham edib.