
Venesuela prezidentinə qarşı sanksiya tətbiq ediləcək?
Bəzi AB ölkələri Venesela prezidenti Nikolas Maduroya və ölkənin onlarla rəsmi şəxslərinə qarşı sanksiya tətbiqi imkanlarını gözdən keçirir.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, bu məsələni fəal şəkildə müzakirə edən dövlətlərin siyahısına Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və Niderland daxildir. Söhbət həmin şəxslərə qarşı maliyyə məhdudiyyətlərindən və AB ölkələrinə giriş qadağasından gedir.
Sanksiyalara əsas verən məqamlardan biri kimi Venesuela hakimiyyəti tərəfindən bir sıra qanunvericilərin deputatlıq toxunulmazlığının ləğvi göstərilir.
Bununla belə, qeyd olunur ki, yekun qərar hələ ki qəbul olunmayıb.
Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19