Vahid Ələkbərov “LUKoil”dakı payını artırır
04 sentyabr 2017 20:26 (UTC +04:00)

Vahid Ələkbərov “LUKoil”dakı payını artırır

0

“LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini 879,3 milyon rubla əldə edib.

 

APA-nın xəbərinə görə, bu barədə şirkətin məlumatında bildirilir.

 

Beləliklə, V.Ələkbərovun “LUKoil”-da payı 2,429%-dən 2,464%-dək artıb.

 

Qeyd edək ki, sirkətin əsas sahibləri V.Ələkbərov və vitse-prezident Leonid Fedundur.  V.Ələkbərov neft-qaz şirkətinin 22,96% , L.Fedun isə 9,78% səhmlərin sahibidir .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar