Rusiya «Qazprom» şirkətinin təmsilçisi bildirib ki, 2013-cü ildə tədarük edilmiş təbii qaza görə Ukraynanın 2,7 milyard dollar borcu var.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şirkətin xarici iqtisadi idarəsi rəisinin müavini Viktor Valov qeyd edib ki, ödənişin müddəti yanvarın 25-dən başlayır.
O, Ukrayna hakimiyyətinin ödənişlə bağlı möhlət istədiyini də vurğulayıb.
«Qazprom» təmsilçisi bildirib ki, 2014-cü ildə Ukraynanın onlardan 35-40 milyard kub metr təbii qaz almasını ehtimal edirlər.