Kiyev yaxınlığında cəzaçəkmə müəssisəsində qiyam baş verib.
APA-nın “112 Ukrayna” saytına istinadən verdiyi xəbərə görə, insident nəticəsində 50 məhbus qaçıb.
Kiyev vilayəti polisi faktı təsdiqləyib. Cəzaçəkmə müəssisəsində ümumilikdə 150 nəfərin saxlanıldığı bildirilir. İnsidentin başvermə səbəbləri barədə məlumat verilmir.
Hazırda qaçan dustaqların tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.