Ukraynada ATƏT-in PUA-sı vuruldu
27 iyul 2016 06:05 (UTC +04:00)

Ukraynada ATƏT-in PUA-sı vuruldu

Ukraynada ATƏT-in Xüsusi Monitorinq Missiyasına məxsus pilotsuz uçan aparat (PUA) vurulub, digəri isə iki dəfə atəşə tutulub.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun məlumatında bildirilib.

 

Məlumata görə, aparatla əlaqə ötən gecə Avdeyevkada itib. Ukrayna hərbçiləri səhər saatlarında  PUA-nın qalıqlarını müşahidəçilərə təhvil veriblər.

 

Yarım gün sonra Kalinovoye yaşayış məntəqəsi yaxınlığında digər aparat atəşə tutulub, lakin zədələnməyib. Növbəti uçuş zamanı pilotsuz uçan aparatKadiyevka rayonunda  təkrar atəşə tutulub.  

 

 Xüsusi Monitorinq Missiyası insidentlər barədə Birgə Nəzarət və Koordinasiya Mərkəzini məlumatlandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Oxşar yazılar