Ukraynada 6 nəfər baş nazir olmaq istəyir
Ukraynada baş nazir vəzifəsinə namizədlərin adları açıqlanıb.
APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, baş nazir vəzifəsinə 6 namizədin adı hallanır.
Namizədlər arasında Ukraynanın Beynəlxalq Valyuta Fondundakı nümayəndəsi Vladislav Raşkovan, Təhlükəsizlik Şurasının katibi Aleksandr Danilyuk, “Ukroboronprom” nəzdində müşahidə şurasının rəhbəri Ayvaras Abromaviçus, “Naftoqaz”ın rəhbəri Andrey Kobolev, həmin şirkətin icraçı direktoru Yuri Vitrenko və Ukrayna Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə direktor müavini Aleksey Qonçarukun adları yer alıb.
615