Ukrayna prezidenti Baş prokurorluğa çağırılıb
17 sentyabr 2016 17:02 (UTC +04:00)

Ukrayna prezidenti Baş prokurorluğa çağırılıb

0

Ukrayna prezidenti Petro Poroşenko Baş prokurorluğa çağırılıb.

 

APA-nın "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə baş prokuror Yuri Lutsenko bildirib.


Baş prokurorun sözlərinə görə, ölkə başçısı 2013-2014-cü illərdə baş verən Maydan hadisələrinə görə ifadə verəcək: "Biz prezidenti ifadə vermək üçün dəvət etmişik. Əldə olunan razılaşmaya görə, ölkə başçısı ezamiyyətdən qayıtdıqdan sonra müstəntiqlərimizlə görüşəcək".

 

Qeyd edək ki, sentyabrın 18-dən 21-dək Ukrayna prezidenti BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar