Ukraynanın dövlət telekanalı "Kultura" "Azerspace-1" üzərindən yayımını dayandırıb.
"APA-Economics" xəbər verir ki, telekanal yayımına "Amos-3" peyki üzərindən davam edəcək.
Bundan başqa, "Mərkəzi kanal", "Lviv TV", "Boutique TV" və daha bir neçə Ukrayna telekanalı "Azerspace-1" peyki üzərindən yayımını dayandırıb. Qeyd olunan kanallar da yayımını “Amos-3” üzərindən həyata keçirəcəklər.
Hal-hazırda “Azerspace-1” üzərindən yayımını davam etdirən yeganə kanalı UATV-dir.