Türkiyənin baş naziri Əhməd Davudoğlu bütün ölkədə elektrik enerjisi kəsintisi ilə bağlı açıqlama verib. Lent.az-ın "sözcü.com.tr"yə istinadən məlumatına görə, bu gün rəhbərlik etdiyi partiyanın iclasında çıxış edən baş nazir deyib ki, hüquq-mühafizə orqanları baş verən hadisənin arxasında hansısa terror planının olub-olmadığını araşdırır. Baş nazirin sözlərinə ölkə boyu elektrik enerjinisinin kəsilməsinə səbəb olaca bütün variantlar diqqətlə araşdırılır.
Qeyd edək ki, hazırda Türkiyə Van istisna olmaqla, heç bir şəhərdə elektrik enerjisi verilmir. Van şəhəri elektrik enerjisini İrandan aldığı üçün burada problem yaranmayıb.