Türkiyəli istehsalçılar Moskvaya gedəcəklər
08 sentyabr 2017 05:15 (UTC +04:00)

Türkiyəli istehsalçılar Moskvaya gedəcəklər

0

 

 

Türkiyəli qida məhsulları istehsalçıları və tədarükçülərindən ibarət nümayəndə heyəti 12-14 sentyabr tarixlərində Moskvaya səfər edəcəklər. APA-nın xəbərinə görə, bu barədə Türkiyə İqtisadiyyat Nazirliyinin saytında dərc edilib.  

 

Nümayəndə heyətinin tərkibində Türkiyənin 10 şirkətinin nümayəndələri təmsil olunacaqlar. Bu şirkətlər qida məhsullarının (meyvə-tərəvəz, süd, bal, pendir, balıq unu, yağlar və dondurulmuş məhsullar) istehsalı və ixracı ilə məşğul olur, - məlumatda bildirilir.

 

Nümayəndə heyəti Moskvada keçiriləcək “Worldfood-2017” beynəlxalq qida məhsulları sərgisində iştirak edəcək, rusiyalı tərəfdaşlarla bir sıra görüşlər və danışıqlar keçirəcəklər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar